Binəqədi rayonunda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirildi
16 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Peşə Bayramı Gününün təsis edilməsi Ulu Öndərin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Sevinc Süleymanova vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Tədbirdə iştirak edən səhiyyə işçiləri tibb müəssisələrində yaradılan şəraitə və onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.
Sonda rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tibb işçisinə Rayon İcra Hakimiyyəti başçısının adından Fəxri Fərman və gül dəstələri təqdim edildi.