Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə şəhidlik zirvəsinə ucalmış qəhrəman gənclərimizin məzarları ziyarət edildi

02 fevral 2023 | 12:34

01 fevral 2023-cü il tarixində Binəqədi rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısındakı şərəfli vəzifəsini layiqincə yerinə yetirərək ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmış qəhrəman gənclərimizin məzarları ziyarət edildi.

Ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, qəsəbə inzibati ərazi dairəsinin, bələdiyyələrin məsul şəxsləri və gənclər iştirak etdilər.

2-ci Fəxri Xiyabanda, Biləcəri, Xocəsən və Binəqədi qəsəbələrində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban komplekslərini ziyarət edən nümayəndələr və gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzdülər.

Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlğı uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımızı bildirir, onların müqəddəs ruhu qarşısında baş əyirik!

Keçidlər