Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2 iyul-Azərbaycan Polisinin peşə bayramı günü və Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə tədbir keçirildi

02 iyul 2024 | 15:35

01 iyul 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2 iyul-Azərbaycan Polisinin peşə bayramı günü və Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini-polis kapitanı Rasim Qocayev, Rayon Polis İdarəsinin Əməliyyat işi üzrə rəis müavini-polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları iştirak etdilər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ölkəmizin bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək qeyd etdi ki, Azərbaycanın daxili işlər orqanlarının həqiqi inkişafı, onların milliləşdirilməsi biləvasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı göstərilməyə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlanmışdır. Xalqımızın ümummilli lideri  Heydər Əliyev siyasətini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına diqqət, daxili işlər orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, xidməti vəzifələrini layiqincə yerinə yetirən əməkdaşların mükafatlandırılmasına diqqət xüsusi yer tutur. 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında daxili işlər orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını qeyd edərək bildiridi ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirək qəhrəmanlıq salnaməsi yaradıblar.

Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini, bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdi. Daxili işlər orqanları əməkdaşlarının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə bütün güvvə və bacarıqları ilə dövlətimizə xidmət edəcəklərini qeyd etdi.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının imzaladığı “Fəxri Fərman”la təltif olundu, xatirə şəkli çəkildi.

Keçidlər