Binəqədi rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Yanvarın 20-ci Günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi
18 yanvar 2023 | 10:54
18 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şuşa Dövlət Musiqili Dram Teatrında 1990-cı il 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Yanvarın 20-ci Günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin şagirdləri, ali və orta ixtisas peşə təhsili müəssisələrinin tələbələri iştirak etdilər.