Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirə parkında ucaldılmış “Güllə yağışı” abidəsi ziyarət edildi

19 yanvar 2024 | 16:04

Binəqədi rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirə parkında ucaldılmış “Güllə yağışı” abidəsi ziyarət edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, 20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin, Qeyri-Hökumət Təşkilatlarının üzvləri və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edildi.

Keçidlər