Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2022-2023-ci tədris ilinin başa çatması münasibətilə orta ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi

19 iyun 2023 | 12:12

Binəqədi rayonunda 2022-2023-ci tədris ilinin başa çatması münasibətilə 14 iyun 2023-cü il tarixində orta ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi.

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, BRİH başçısı Aparatının şöbə müdiri, məktəbin direktoru və pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak etdilər.

Tədbirdə vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açıq elan edən direktor Ziniyət Tağıyeva məktəb və 2022-2023-cü tədris ili ərzində şagirdlərin əldə etdiyi uğurlar haqqında iştirakçılara ətraflı məlumat verdi.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd ki, “Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Arzu edirəm ki, tələbə adına layiq görülüb öz əməlləriniz ilə Vətənimizin adını həmişə zirvələrə ucaldasınız. İnanırıq ki, gələcəyimiz olan bu günkü məzunlar rayonumuzun, respublikamızın adını həmişə yüksəklərə qaldıracaqlar.  Ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin sayəsində bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Məhz yaradılan şərait, göstərilən diqqət və qayğı müəllim və şagirdlərimizə göstərilən etimad və onlara verilən dəyərin təzahürüdür.”

Daha sonra çıxış edənlər- YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov bu gün məzun olan şagirdlərin Azərbaycanın gələcəyi olduğunu və onların üzərlərinə düşən vəzifələrin öhdəsidən uğurla gələcəklərinə və etimadı doğruldacaqlarına inandığını bildirdilər. Hər bir məzunun Azərbaycan üçün dəyərli və əvəzolunmaz olduğunu qeyd edərək həyatlarının yeni mərhələsində onlara uğurlar arzu etdilər.

Şəhid Vüsal Məmmədovun anası Mahirə Məmmədova çıxış edərək bildirdi ki, bir vaxtlar Vüsalın oxuduğu, müəllimlərindən həm sevinc həm də kədər hissi ilə ayrıldığı doğma məktəb... Şəhid anası Mahirə Məmmədova ona göstərilən diqqətə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi və məzunları ürəkdən təbrik edərək, gələcək  təhsillərinin uğurlu və müvəffəq olmasını arzu etdi.

Həmçinin, məktəbdən müvəffəqiyyətlə məzun olan şagirdlərə Fəxri Fərman və hədiyyələr təqdim olundu.

Sonda Azərbaycan Respublikasının əməkdar artisti Gülüstan Əliyevaya sevilən mahnıları ilə məzunları təbrik etdi.

Keçidlər