Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2023-2024-cü tədris ilinin başa çatması münasibətilə 14 iyun 2024-cü il tarixində orta ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi

14 iyun 2024 | 18:08

Binəqədi rayonunda 2023-2024-cü tədris ilinin başa çatması münasibətilə 14 iyun 2024-cü il tarixində orta ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi.

Binəqədi rayonu 244 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Leyla Quliyeva, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Əhliyad Adıgözəlov, məktəbin direktoru Yəhya Abbasov, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edirdilər.

Tədbirdə vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra tədbiri giriş nitqi ilə açıq elan edən direktor Yəhya Abbasov 2023-2024-cü tədris ili ərzində şagirdlərin əldə etdiyi uğurlar haqqında iştirakçılara ətraflı məlumat verdi.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd ki, “İnanırıq ki, gələcəyimiz olan bu günkü məzunlar rayonumuzun, respublikamızın adını həmişə yüksəklərə qaldıracaqlar. Ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin sayəsində bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Məhz yaradılan şərait, göstərilən diqqət və qayğı müəllim və şagirdlərimizə göstərilən etimad və onlara verilən dəyərin təzahürüdür.”

Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Əhliyad Adıgözəlov bu gün məzun olan şagirdlərin Azərbaycanın gələcəyi olduğunu və onların üzərlərinə düşən vəzifələrin öhdəsidən uğurla gələcəklərinə və etimadı doğruldacaqlarına inandığını bildirdi. Hər bir məzunun Azərbaycan üçün dəyərli və əvəzolunmaz olduğunu qeyd edərək həyatlarının yeni mərhələsində onlara uğurlar arzu etdi.

Həmçinin, məktəbdən müvəffəqiyyətlə məzun olan şagirdlərə Fəxri Fərman və hədiyyələr təqdim olundu.

Sonda gənclərin sevimlisi Ayaz Qasımov sevilən mahnıları ilə məzunları təbrik etdi.

Keçidlər