Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev- 100 il” adlı tədbir keçirildi

01 fevral 2023 | 15:21

31 yanvar 2023-cü il tarixində 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev- 100 il” adlı tədbir keçirildi.

Tədbir dayanıqlı inkişaf və intibahın banisi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, uzaqgörən strategiyası sayəsində yaradılan Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətlərinə həsr olunmuşdu.

Tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov və Kəmaləddin Qafarov, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, eləcə də dövlət qurumlarının rəsmi nümayəndələri iştirak etdi.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycan Respublikasının ictimai siyasi həyatına bəxş etdiyi dayanaqlı inkişaf yolu, eləcə də 44 günlük müharibədə qazanılmış şanlı zəfərdən sonra aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyəti və bərpa quruculuq işləri haqda məlumat verildi.

Rəsmi çıxışlardan sonra “Təhlükəsiz gələcəyin təməli – Ümummilli Lider Heydər Əliyev strategiyası” mövzusunda panel müzakirələr aparıldı. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi istiqamətində birgə fəaliyyət planlarının yerinə yetirilməsi haqda müzakirələr aparıldı.

Keçidlər