Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 26 İyun- “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirildi

26 iyun 2025 | 08:13

25 iyun 2025-ci il tarixində Binəqədi rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə 26 İyun- “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirildi.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Tədbirdə çıxış edənlər-Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi Fərhad Əliyev hərbi hissənin şəxsi heyətini bu əlamətdar gün münasibətilə təbrik edərək, milli ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərdən, ordu quruculuğuna göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan şanlı  qələbəsindən söhbət açdılar.

Tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evinin solistlərinin ifasında konsert proqramı ilə davam etdi.

Keçidlər