Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 27 Sentyabr - Anım Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

26 sentyabr 2026 | 08:45

Binəqədi rayonunda 27 Sentyabr - Anım Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

27 Sentyabr - Anım Gününün altıncı ildönümü ilə əlaqədar 25 sentyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən bələdiyyələrin və Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin birgə təşkilatçılığı ilə rayonun Xocəsən qəsəbəsi 348 №-li uşaq bağçasının həyətyanı sahəsində, “Dərnəgül” metrostansiyasının ətrafında, M.Ə.Rəsulzadə qəsəbəsi - Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında və Biləcəri qəsəbəsi ərazisində yaşıllıq zolaqlarında ağacəkmə aksiyası keçirildi.

Aksiyada 140 ədəd Eldar şamı, 80 ədəd zeytun ağacları əkildi, mövcud olan ağaclara isə aqrotexniki qulluq göstərildi.

Keçidlər