Binəqədi rayonunda 8 Noyabr - “Zəfər Günü”nə həsr olunan fləşmob keçirildi
Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”.
Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - “Zəfər Günü”nə həsr olunan fləşmob keçirildi.
50 nəfər gəncin və xareoqrafın iştirakı ilə hazırlanan fləşmobda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü sayəsində tarixi qələbə ilə sonlanan “ZƏFƏR GÜNÜ” yazısı əks olundu.
ZƏFƏRİMİZ MÜBARƏK!