Binəqədi rayonunda abadlıq-quruculuq, yaşıllaşdırma və təmizlik sahəsində işlər mütəmadi və planlı şəkildə davam etdirilir.
15 fevral 2025 | 12:33
Bakı şəhərində əhalinin sosial rifahının yüksəldilməsi məqsədi ilə sosial-iqtisadi, mədəniyyət, tikinti-yenidənqurma, abadlıq-quruculuq və digər sahələrdə islahatlar həyata keçirilmiş və hazırda davam etdirilir.
Aparılan islahatlar çərçivəsində Bakı şəhəri və onun ətraf qəsəbələri ilə yanaşı Binəqədi rayonunda da abadlıq-quruculuq, yaşıllaşdırma və təmizlik sahəsində işlər mütəmadi və planlı şəkildə davam etdirilir.