Binəqədi rayonunda “Aprel döyüşlərinin” ildönümünə həsr olunmuş tədbir keçirildi
4 aprel 2023-cü il tarixində Binəqədi rayon 205 nömrəli tam orta məktəbdə “Aprel döyüşlərinin” ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatınınİctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi Füzuli Mehrabzadə, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi Qadir Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, qəsəbə bələdiyyəsinin üzvləri, 182 nömrəli tam orta məktəbin direktoru Zinyət Tağıyeva, 205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Bağırova, gənclər və məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdən öncə Aprel döyüşlərinin şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının məzarları ziyarət olundu, məzarları üzərlərinə gül dəstələri düzüldü və şəhid valideynlərinə böyük ehtiram bildirildi.
Tədbir torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütlə yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.
Tədbirdə çıxış edən Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 2016-cı il Aprel döyüşlərinin Vətən müharibəsində aldığımız xoş xəbərlər üçün ilk addım olduğunu və Azərbaycan xalqını öz doğma torpaqlarına qayıdacaqlarına əmin etdiyini bildirdi. Aprel döyüşlərində qazanılan qələbənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, hər zaman ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin peşəkarlığının, vətənpərvərliyinin və xalqın birliyinin sayəsində mümkün olduğunu və Aprel döyüşlərinin Zəfər tariximiz üçün böyük əhəmiyyət kəsb etdiyini söylədi, şəhidlərin ruhuna ehtiramını bildirdi.
205 nömrəli tam orta məktəbin müəllimi Hökumə Balacayeva Aprel döyüşlərinin şəhidləri - Emin Bağırov və Fəxrəddin Qurbanlının həyat və qəhrəmanlığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə çıxış edən şəhid Emin Bağırovun qardaşı Yaqub Bağırov Aprel döyüşlərinin Azərbaycan xalqının mənəvi dirçəlişi üçün dönüş nöqtəsi olduğunu vurğuladı. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailələri adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Tədbir şagirdlərin hazırladığı musiqi və şeir kompazisiyaları ilə davam etdi.