Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Milli Olimpiya Komitəsinin reallaşdırdığı "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı" (OCEP) layihəsi çərçivəsində Latviyaya həsr olunmuş tədbir keçirildi

16 yanvar 2023 | 15:01

13 yanvar 2023-cü il tarixində Binəqədi rayonu 276 №-li tam orta məktəbdə Azərbaycan Milli Olimpiya Komitəsinin reallaşdırdığı "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı" (OCEP) layihəsi çərçivəsində Latviyaya həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa və səfirliyin müşaviri Elmira Mirzəyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, ETN Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Milli Olimpiya Komitəsinin məsləhətçisi Səkinə Vəliyeva iştirak etdilər.

Tədbirdən əvvəl qonaqlar Latviyaya həsr olunmuş sərgiyə baxdılar, məktəblə tanış oldular, idmançı şagirdlərlə görüşdülər.

Məktəbin akt zalında şagirdlərin iştirakı ilə hazırlanmış, Latviyaya həsr olunmuş kompozisiya təqdim olundu.

Sonda qonaqlar öz təəssüratlarını bölüşərək, iştirakçı şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Keçidlər