Binəqədi rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə həlak olmuş şəhid hərbi qulluqçuların övladları üçün yeni ilə şənliyi təşkil edildi
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Dəyirman” restoranının təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə həlak olmuş şəhid hərbi qulluqçuların övladları üçün yeni ilə şənliyi təşkil edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhid ailələri və şəhid övladları iştirak etdilər. Tədbir zamanı əyləncəli şou proqramlar keçirildi və sonra şəhid övladlarına hədiyyələr paylanıldı.
Sonda Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.