Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində, antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr- Anım Gününə həsr olunmuş ümumrayon tədbiri həyata keçirildi

27 sentyabr 2026 | 14:56

27 sentyabr 2026-cı il tarixində Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində, antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr- Anım Gününə həsr olunmuş ümumrayon tədbiri həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri-Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Məlahət İbrahimqızı,  Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul əməkdaşları, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısı yanında Sahə və Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, idarə və təşkilatların, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin kollektivi, ictimai birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.

Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyuldu və topaqlarımızın ərazi bütövlüyünün bərpası, müstəqilliyimiz, suvenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. 

Torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər