Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr - “Anım Günü”nə həsr olunmuş ümumrayon tədbiri həyata keçirildi

30 sentyabr 2024 | 14:09

27 sentyabr 2024-cü il tarixində Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr-“Anım Günü”nə həsr olunmuş ümumrayon tədbiri həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Səbinə Xasayeva, Elşad Musayev, Məlahət İbrahimqızı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri - Hacıbaba Babayev, Sevinc Süleymanova,  Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, şəhid ailələri və qazilər, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.

Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyuldu və topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.  

Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər