Binəqədi rayonunda Çernobıl faciəsinin 37-cı ildönümünə həsr olunmuş tədbir keçirildi
25 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Çernobıl faciəsinin 37-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Nicat Allahverdiyev və Çernobil Əlilləri İttifaqının rayon şöbəsinin üzvləri iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda və faciə zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov giriş sözü ilə açaraq iştirakçılara Çernobıl faciənin tarixi haqqında məlumat verərək hər zaman dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı. Vüsar İsmayılov bildirdi ki, faciə zamanı Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması məqsədilə fəlakət bölgəsində xilasetmə işləri başlayan andan dahi şəxsiyyət - Ulu Öndərimiz bu mürəkkəb problemin həllində əsl fədakarlıq, yüksək rəhbərlik qabiliyyəti nümayiş etdirmişdir.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək dünya tarixinin ən böyük texnogen qəzası – Çernobıl faciəsinin baş vermə səbəblərindən, bu faciənin tarixdə ən böyük texnogen atom qəzası kimi bütün dünyanı sarsıdan bir faciə olmasından danışdı və hər zaman dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini, onların sosial problemlərinin həllində ardıcıl tədbirlər reallaşdırıldığını diqqətə çatdırdı.
Tədbirdə Azərbaycan Çernobıl Əlillər İttifaqının Binəqədi rayon şöbəsinin sədri Kamal Əliyev çıxışında çernobılçılara göstərilən dövlət qayğısından, əlillərin himayə edilməsindən, cəmiyyətin isti münasibəti ilə əhatə olunmalarından ətraflı danışdı. Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildirdilər.