Binəqədi rayonunda “COP-29”a hazırlıq çərçivəsində rayonda görülmüş işlər mövzusunda məlumat saatı keçirildi
15 may 2024 | 08:46
Tədbirdə RİH başçısının müavinləri, RİH başçısı Aparatının məsul şəxsləri, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etdilər.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rauf Həsənov mövzu ilə bağlı çıxış edərək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycanın ev sahibliyi edəcəyi tədbirlə bağlı Bakı şəhərində, o cümlədən Binəqədi rayonunda yaşıllaşdırma, abadlıq-quruculuq və təmizlik sahəsində bir çox işlərə start verilmişdir. Bununla bağlı RİH Başçısı tərəfindən sərəncam imzalanmış, görüləcək işlərin daha operativ həllinə nail olmaq məqsədi ilə Qərargah yaradılmışdır. Natiq məlumat verərək Tədbirlər planına əsasən müəyyən efilmiş müddətlərdə görüləcək işlərlə bağlı aidiyyəti məsul şəxslərə verilmiş tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonda görüləcək işlərin RİH-nin rəsmi informasiya ehtiyatında, sosial şəbəkələrdə mütəmadi olaraq ışıqlandırılmasını təmin etmək məqsədi ilə RİH başçısının sərəncamına əsasən aidiyyəti şəxslərə verilmiş tapşırıq diqqətə çatdırıldı.