Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda dahi rumın bəstəkarı Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Günü münasibətilə tədbir keçirildi

16 yanvar 2024 | 12:25

15 yanvar 2024-cü il tarixində Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları,  rayon bələdiyyəsinin sədri Mürsəl Eminov, səfirliyin nümayəndələri, rayon ictimaiyyəti iştirak etdilər.   

Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq, iki ölkə arasında olan dostluq münasibətlərindən, bu cür mədəni tədbirlərin vacibliyindən, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından, uzun illərdir dostluq əlaqələrindən, xalqlarımızın bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açdı.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında iki ölkə arasında olan dostluq münasibətlərindən, ötən 30 illik dövrdə Azərbaycan-Rumınya əlaqələrinin daim inkişaf etdiyindən söhbət açdı. Səfir söylədi ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir.     

Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ölkələr arasında həyata keçirilən əməkdaşlıq əlaqələrindən söhbət açdı və ölkələr arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Keçidlər