Binəqədi rayonunda "Dərnəgül" metrosunun yaxınlığındakı ərazidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi
07 may 2025 | 18:18
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Dərnəgül metrosunun yaxınlığındakı ərazidə yerləşən yaşıllıq zonasında ağacəkmə aksiyasi keçirildi. Ərazidə 50 ədəd Eldar şamı əkildi və ətrafdakı yaşılıqlara aqrotexniki qulluq göstərildi.