Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması məqsədi ilə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirildi.

27 iyul 2022 | 16:49

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında mütəmadi olaraq dövlət qulluğunda çalışan əməkdaşlar üçün müxtəlif təlimlərin keçirilməsi "Məlumat saatı" tədbirləri çərçivəsində davam etdirilir. 

Növbəti dəfə 27 iyul 2022-ci il tarixində “Azərbaycan Respublikasında Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 saylı Sərəncamına əsasən Binəqədi rayonunda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması məqsədi ilə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirildi.

Təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının birinci müavini, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Dövlət qulluğuna qəbul üzrə Komissiyanın sədri Leysan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Etik müvəkkil Sevinc Süleymanova, Aparatın struktur bölmələrinin rəhbərləri, RİH-in əməkdaşları, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əməkdaşları iştirak etdilər.

Təlim zamanı dövlət qulluğuna yeni qəbul olmuş əməkdaşlar mövcud dövlət qulluğu haqqında qanunvericilik bazasının tələblərinə uyğun olaraq maarifləndirildi, eyni zamanda, “Dövlət qulluqçusu kimdir və dövlət qulluqçusu necə olmalıdır” mövzusu ətrafında müzakirələr aparıldı. Təlm iştirakçısı olan dövlət qulluqçuları tutduqları vəzifəni dövlət quluqçusunun vəzifə səlahiyyətlərinə uyğun olaraq qanunamüvafiq qaydada icra etmələri, müəyyən edilmiş etik davranış, nizam-intizam qaydalarına əməl etmələri barədə məlumatlandırıldılar.

Keçidlər