Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi böyük ehtiramla yad edildi

16 aprel 2024 | 10:52

15 aprel 2024-cü il tarixində Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla yad edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Aygün Məmmədbəyli, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin müdiri Günel Həsənova, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrin, idarə və təşkilatların rəhbərləri və əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adına istirahət parkında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Yaddaşlarda gözəl alim, qayğıkeş insan, böyük ziyalı kimi əbədiləşən Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anıldı.

Keçidlər