Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla yad edildi

15 aprel 2025 | 15:46

15 aprel 2025-ci il tarixində Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla yad edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi  Aygün Məmmədbəyli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin, idarə və təşkilatların rəhbərləri və əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adına istirahət parkında ucaldılan abidəsini ziyarət  edərək  önünə gül dəstələri qoydular. Yaddaşlarda gözəl alim, qayğıkeş insan, böyük ziyalı kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edildi.

Keçidlər