Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirildi

19 sentyabr 2023 | 10:07

18 sentyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban, BRİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Rayon İcra Hakimiyyəti başçsının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndəliyin əməkdaşları, Bələdiyyə sədrləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, orta ümumtəhsil müəssisələrinin müəllimləri, gənclər  iştirak etdilər.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının və xidmət zamanı həlak olan neftçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova bildirdi ki, 20 sentyabr 1994-cü il ölkəmiz üçün tarixi bir gündür. 29 il bundan öncə ölkəmizin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalanmışdır. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhvələr veriblər. Dünyada sənaye üsulu və dəniz yataqlarında ilk dəfə neft çıxarılan ölkəmizdə o gündən bu günədək böyük həcmdə neft hasil edilmişdir və Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir.  

1991-1993-cü illərdə siyasi böhran, iqtisadi sahədə yaşanan tənəzzül ölkəmizin inkişafı üçün maneələr törədirdi. Azərbaycan xalqı istəyi, təkidli tələbi ilə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bildi. Ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin müqviləsi”nin imzalanması bu addımlar sırasında xüsusi yer tutur. O gündən bu günədək Azərbaycan sabitlik dövrü yaşayır. Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır.

Daha sonra Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert   İlham Şaban mövzu haqqında geniş məruzə nitqi ilə çıxış edərək qeyd etdi ki, 1994-cü ildə isə Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisəsinə çevrilmişdir. Bu təntənəli mərasimdən 23 il sonra - 2017-ci il sentyabr ayının 14-də Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilmişdir.     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin ölkəmiz üçün çox mühüm əhəmiyyətindən bəhs etmiş, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövrün başladığını, kontraktın 2050-ci ilə qədər uzadıldığını bildirmişdir. "Əsrin müqaviləsi"nin Azərbaycana gətirdiyi uğurlardan danışan İ.Şaban ilk olaraq neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldildiyini, Azərbaycanın öz neftini insan kapitalına çevirə bildiyini, eyni zamanda respublikamızın bütün sahələrində tərəqqiyə nail olunduğunu, kəndlərin, qəsəbələrin, şəhərlərin inkişaf etdiyini, o cümlədən ölkə ərazisində 3 mindən artıq məktəbin, 600-dən çox xəstəxananın, bölgələrdə 50-dən çox Olimpiya Mərkəzinin tikildiyini, yolların çəkildiyini, həmçinin enerji infrastrukturunun, iqtisadiyyatın şaxələndirilməsinin neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə nəticəsində mümkün olduğunu vurğulamışdır”.  

Keçidlər