Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda fəaliyyət göstərən gənc müəllimənin peşəyönümlü uğuru!

02 sentyabr 2022 | 16:15

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır". Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə böyük hörmət və ehtiramla yanaşıb, onların qayğısına qalıb.  

Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. 

30 avqust 2022-ci il tarixində Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesində ən yüksək nəticə - 60 bal toplamış müəllimlərindən biri də Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fərahnaz Nağıyevadır.

Binəqədi Rayon İcra Hakimiyyəti və ictimaiyyət adından gənc müəlliməmizi təbrik edir, ona şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzu edirik!

Keçidlər