Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliği məqsədi ilə tədris proqramları keçirldi və yarışlar təşkil olundu
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi çərçivəsində Bakı şəhərində, o cümlədən, Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edir, dərslərdə şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılaraq, idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri haqqında tədrisyönümlü məlumatlar verilməklə yanaşı müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilmişdir. Bu tədris proqramlarının keçirlməsi və yarışların təşkil olunmasında əsas məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.
https://bakimektebleri.edu.az/83/az/news/read/192670
https://bakimektebleri.edu.az/30/az/news/read/200595
https://bakimektebleri.edu.az/99/az/news/read/190157