Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda fəaliyyət göstərən sahibkarlarla mütəmadi görüşlər keçirilir

29 avqust 2022 | 17:33

2022-ci ilin avqust ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Bakı Tekstil Fabrikində və Binəqədi qəsəbəsində yerləşən "Mister Tum" müəssisəsində görüş keçirilmişdir. Fabrikin təsisçisi Səkinə Babayeva və "Mister Tum" şirkətinin təsisçisi Azər Kərimov ilə keçirilmiş görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin əməkdaşları və M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov və Bələdiyyə əməkdaşları iştirak etmişdir.

Görüşdə sahibkarı maraqlandıran məsələlər, həmçinin nəzərdə tutulan yeni layihələr müzakirə edilmişdir. Həmçinin, xüsusi qeyd edilmişdir ki, müəssisədə çalışan işçi heyətinin əksəriyyəti məhz M.Ə.Rəsulzadə və Binəqədi qəsəbəsində yaşayan sakinlərdir. Görüşün növbəti hissəsi işsizliyin aradan qaldırılması, xüsusilə qadınların cəmiyyətdə aktivliyinin artırılması mövzusunda müzakirə ilə davam etmişdir.

Keçidlər