Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Gender zorakılığına qarşı birlikdə mübarizə aparaq!” mövzusunda tədbir keçirildi

09 dekabr 2024 | 14:41

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən RİH yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun tərkibində yaradılmış işçi qrupun (bundan sonra – Qrup) üzvlərinin iştirakı ilə 05 dekabr 2024-cü il tarixində “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası” çərçivəsində “Gender zorakılığına qarşı birlikdə mübarizə aparaq!” mövzusunda tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Sevinc Süleymanova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Cəfər Adıgözəlov, Qrupun digər üzvləri və rayon ərazisində fəaliyyət göstərən məktəblərin psixoloqları iştirak etdilər.

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında keçirilən tədbirdə işçi qrupun üzvlərinə məişət zorakılığı ilə bağlı müraciətlərə baxılması barədə qanunvericiliyin tələblərinə dair məlumatlar verilmiş, gender əsaslı və uşaqlara qarşı törədilən zorakılıqla mübarizə sahəsində daha səmərəli fəaliyyətin göstərilməsi məqsədilə mövcud problemlər müzakirə edildi və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparıldı.

Keçidlər