Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında 15 iyun – “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı konsert proqramı keçirildi

16 iyun 2023 | 16:58

12 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında 15 iyun – “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı konsert proqramı keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları, 1 sayli Bakı "ASAN xidmət" mərkəz direktoru Kamil Baxşaliyev, 1 saylı Bakı "ASAN xidmət" mərkəz direktor müavini Anar Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin İnsan resusları və təlim şöbəsinin könüllülərlə iş sektor müdiri Əsli İbrahimli, rayon ictimaiyyətinin nümayəndələri, "ASAN Könüllüləri" təşkilatının sədri Emiliya Bayramova, “Asan xidmət” mərkəzinin könülləri və Binəqədi rayon sakinləri iştirak etdilər.

Tədbirdə çıxış edən Sevinc Süleymanova və Əsli İbrahimli qonaqları, proqram iştiakçılarını 15 İyun - “Milli Qurtuluş Günü” münasibəti ilə təbrik etdikdən sonra Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının, ölkəmizin dünya birliyində layiqli yer tutmasının məhz Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olması barədə danışdılar. Həmçinin qeyd etdilər ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və məhz həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi.

Tədbirin bədii hissəsində 1 saylı Bakı "ASAN xidmət" könüllüləri tərəfindən musiqili nömrələr təqdim olundu. Belə ki, məzun könüllü Murad Hüseynlinin ifasında “Vətən balladası”, “Ay qız” və “Aman tello”, “Mədəniyyət Carçısı” proqramının rəqs qrupu tərəfindən – “Naz eləmə” və ”nəlbəki” milli rəqsləri, həmçinin, digər qrup üzvləri tərəfindən saksafon və skripka, tar, kamança, nağara, kanon alətlərində xanəndə ilə birgə ifalar və xor konsert proqramı iştirakçılara təqdim olundu.

Sonda proqram çərçivəsində göstərdiyi fəallığa görə bir qrup gənc təltif edildi və xatirə fotosu çəkilidi.

Keçidlər