Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “SƏN ELƏ BİR ZİRVƏSƏN!” adlı elmi-ifaçılıq konfransı, konsert və foto-sərgi keçirildi

02 may 2023 | 12:12

02 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”  çərçivəsində “SƏN ELƏ BİR ZİRVƏSƏN!” adlı  elmi-ifaçılıq konfransı, konsert  və foto-sərgi keçirildi. 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, İdarənin musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, məktəbin  direktoru Adilə Yusifova, pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbirdən öncə  qonaqlar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş foto-sərgi ilə tanış oldular.                           

Tədbir Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Məktəbin direktoru Adilə Yusifova qonaqları salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin incəsənət sahəsində çalışan insanlara xüsusi diqqət və qayğısından söhbət açaraq istedadlı şagirdlər və görülən işlər haqqında məlumat verdi.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev  Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin mənalı ömür yolu, dövlət və xalq qarşısında yorulmaz fəaliyyəti və xidmətlərindən bəhs etdilər. Ulu Öndərin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhvələrdən, mədəniyyət xadimlərinə olan xüsusi qayğısından və dəstəyindən söhbət açdılar.

Tədbir iştirakçılarına gənc istedadların ifasında Ulu Öndərin sevdiyi bəstəkarların əsərlərindən ibarət musiqi çələngi, Ümumilli Liderin həyatından və fəaliyyətindən bəhs edən videofraqmentlər təqdim olundu.                                 

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Keçidlər