Binəqədi rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin qərərgahında “İnsan hüquqlarının qorunması və QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirildi.
18 İyun – “İnsan Hüquqları Günü” münasibətilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan olunmuşdur. Aylıq çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyunun 10-da "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin qərərgahında “İnsan hüquqlarının qorunması və QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, təhsil, səhiyyə, yerli özünüidarəetmə orqanları və ictimai birliklərin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu qeyd edərək, ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramı bu sahədə ilk fundamental sənəd olduğu, ölkəmizdə bu sahədə mühüm qanunvericilik və institusional islahatlar aparıldığını, Dövlət Proqramının sonrakı dövrdə Prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirildiyini bildirdi.
Digər çıxış edənlər – “Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, 276 nömrəli tam orta məktəbin direktoru Əməkdar müəllim Bəhram Şiriyev və digərləri demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanda bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərdən danışdılar.
Dəyirmi masanın əsas vəzifəsi insan hüquqlarının təmin edilməsində QHT-lər ilə əməkdaşlığın genişləndirilməsi, əhalinin mütəmadi dolğun məlumatlandırılması məsələləri müzakirə olundu, təkliflər səsləndirildi.
Tədbir müzakirələrlə davam etdi.