Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Vətən sağ olsun!” mövzusunda Vətən müharibəsi iştirakçısı Nemət Süleymanovla gənclərin görüşü təşkil olundu

29 avqust 2025 | 12:50

Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Vətən sağ olsun!” mövzusunda Vətən müharibəsi iştirakçısı Nemət Süleymanovla gənclərin görüşü təşkil olundu.   

Nemət Süleymanovun  Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü və fədakarlığı sayəsində erməni vandalizminə məruz qalmış tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması uğrunda  göstərdikləri qəhrəmanlıqlar, onların döyüş yolu  haqqında verdiyi məlumatlar gənclər tərəfindən  böyük maraqla qarşılandı.    

Belə görüşlərin təşkil olunması gənclərin tariximizi daha yaxından öyrənməsinə və vətənpərvər ruhda yetişməsinə mühüm töhfə vermək məqsədi daşıyır.

 

Keçidlər