Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda tədbir keçirildi

24 aprel 2025 | 12:57

23 aprel 2025-ci il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov və şöbənin əməkdaşı Rəşadət Hidayətov, İctimai İaşə və Xidmət  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova və mərkəzin müəllim və tələbə heyəti iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin direktoru Fatma Çandirova qonaqları salamlayaraq  yeniyetmə-gəncləri milli-mənəvi dəyərlərimizə yad olan dini cərəyanlara qoşulmamağa çağırdı.  

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov  rayon ərazisində dini radikalizmə və ekstremizmə qarşı mübarizənin vacibliyindən söhbət açdı və görülən maarifləndirici tədbirlərlə bağlı ümumi məlumat verdi.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Rəşadət Hidayətov dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edərək, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açdı, gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan dini ünsürlərə qoşulmamağa çağırdı.

Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyi diqqətə çatdırılıb. Bu istiqamətdə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyi vurğuland.

Diskussiya şəklində davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər