Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş mini futbol yarışının final mərhələsi keçirildi

08 may 2025 | 18:59

08 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbədə yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş mini futbol yarışının final mərhələsi keçirildi.

Yarışın nəticələrinə görə 217 № li tam orta məktəbin komandası birinci yerə, 313 № li tam orta məktəbin komandası ikinci yerə, 103 № li tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldü.

Qalib komandalarımızı təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzu edirik.

Keçidlər