Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində maarifləndirici tədbir keçirildi

04 aprel 2023 | 09:38

04 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərində əksini tapan dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş  maarifləndirmə tədbiri keçirildi.

 Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Binəqədi rayon prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas Səbinə Məmmədli, Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati əraziləri üzrə nümayəndələri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, Qeyri-Hökumət Təşkilatlarının üzvləri, təhsil, tibb müəssisələrinin bələdiyyə və digər sahələr üzrə fəaliyyət göstərən qurumların nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açıq elan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev  korrupsiyaya qarşı mübarizədə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar, təşkilati tədbirlərin səmərəliliyindən bəhs edərək bildirdi ki, bu istiqamətdə görülən işlər nəticəsində qısa müddət ərzində korrupsiyaya qarşı mübarizədə uğurlu strategiya formalaşdırılmış və onun səmərəli tətbiqinə nail olunmuşdur.

Çıxış edən Binəqədi rayon prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas Səbinə Məmmədli qeyd etdi ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir və bu islahatlar bu gün də davam etdirilməkdədir.

Keçidlər