Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində maarifləndirmə və təbliğat xarakterli tədbirlər cari ildə də davam etdirilir

25 oktyabr 2024 | 20:06

Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirmə və təbliğat xarakterli tədbirlər davam etdirilir.

RİH-in dəstəyi və təşkilatçılığı ilə maarifləndirici bukletlər (korrupsiya haqqında ümumi məlumatlar, zəruri hallarda istifadə üçün qaynar xəttin əlaqə nömrəsi və s.) hazırlanaraq ictimai yerlərdə əhali arasında paylanmış, eyni zamanda, RİH-ə məxsus sosial şəbəkələr üzərindən, o cümlədən, YouTube kanalında məlumatlandırıcı videoçarxlar yerləşdirilmişdir.

Bundan başqa, RİH-in inzibati binasında giriş hissədə mövcud interaktiv monitorda videoçarxlar yerləşdirilmişdir.

https://www.youtube.com/watch?v=8EzqPSOucak

https://www.youtube.com/watch?v=SldVMdp6DrY

Keçidlər