Binəqədi rayonunda məhəllələrin abadlaşdırması işləri davam edir
2024-cü ilin birinci rübü ərzində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 7-ci mikrorayon, A.Kunanbayev 9/25, 7/17, 66, 64/11 sayı binaların həyətində 3500 kv.m, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 8-ci mikrorayon 15 saylı binanın həyətində 800 kv.m və İ.Dadaşov küçəsi 71 saylı binanın həyətində 2500 kv.m sahədə məhəllələrin abadlaşdırması işlərinə başlanılmışdır. Abadlaşdırma işləri zamanı asfalt, daş döşəməsi, oturacaqların quraşdırılması, söhbətgah, idman qurğusu, uşaq əyləncə elementlərinin quraşdırılması və yaşıllıq işləri həyata keçirilir.
Mərhələli qaydada həyata keçirilən tədbirlər çərçivəsində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə rayonun digər yaşayış məntəqərində də abad məhəllələrin yaradılmsı nəzərdə tutulmuşdur.