Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda MKTB-nin rəisi vəzifəsinə yeni təyinat

11 avqust 2026 | 10:31

Abasov Ramil Tahir oğlu Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 05.08.2026-cı il tarixli əmri ilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilmişdir.
Abasov Ramil Tahir oğlu 29.06.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2013-2018-ci illərdə Azərbaycan Kooperasiya İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsilini davam etdirir.
Ramil Abasov bu təyinata qədər Binəqədi RİH başçısının Xocəsən QİƏD üzrə nümayəndəsi vəzifəsini icra edirdi.
Ramil Abasovu yeni təyinat münasibəti ilə təbrik edir, xidməti fəaliyyətində uğurlar arzulayırıq!

Keçidlər