Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “BİR ƏSRİN DAHİSİ” adlı möhtəşəm konsert proqramı təşkil olundu

11 may 2023 | 10:28

10 may 2023-cü il tarixində Binəqədi rayonunda Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin “SPACE” müstəqil teleradio şirkəti ilə birgə təşkil etdiyi müasir müstəqil dövlətimizin memarı və qurucusu,  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “BİR ƏSRİN DAHİSİ” adlı möhtəşəm konsert proqramı təşkil olundu.

Konsert proqramında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “SPACE” müstəqil teleradio şirkətinin rəhbəri Vado Korovin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın struktur bölmələrinin rəhbərləri və əməkdaşları, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, “SPACE” müstəqil teleradio şirkətinin məsul əməkdaşları, rayon sakinləri və qonaqlar iştirak etdilər.

Konsert proqramında xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti, keçdiyi həyat yolu, xalqını azadlığa apardığı yolda üzləşdiyi çətinliklər haqqında məlumat verildi, əziz xatirəsi minnətdarlıqla anıldı.

Tanınmış incəsənət nümayəndələrinin, müğənnilərin və rəqs qruplarının ifasında biri-birindən gözəl musiqi nömrələri  tədbir iştirakçılarına yüksək əhval-ruhiyyə bəxş etdi.               

Konsert proqramı atəşfəşanlıqla sona çatdı. 

Keçidlər