Binəqədi rayonunda növbəti ümumrayon iməciliyi keçirildi
Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə 19 aprel 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirildi.
İməcilikdə rayonun kommunal təsərrüfat bilikləri tərəfindən ərazidə təmizlik işləri aparıldı, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarıldı, səliqə-səhman işləri aparıldı.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.