Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Novruz bayramı” münasibətilə tədbir keçirildi

19 mart 2026 | 08:41

17 mart 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi rayonunda “Novruz bayramı” münasibətilə tədbir keçirildi.

Xalqımızın sevimli bayramı olan “Novruz bayramı” hər il olduğu kimi bu il də böyük coşqu ilə qeyd edilir. Bu münasibətlə ölkəmizin hər bir tərəfində bayram şənlikləri və konsert proqramları təşkil edilir. Hər bir məkanda olduğu kimi Novruz ərəfəsində Binəqədi rayonunun bütün ərazilərində parklar bayramsayağı bəzədilib, səmənilər quraşdırılıb.

Binəqədi rayonunda bu il “Novruz bayramı” tədbiri 8-ci mikrorayon Azadlıq prospekti 188 ünvanında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə keçirildi.

Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Elşad Musayev, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarınınn rəhbərləri, rayon ictimaiyyəti, məhəllə sakinləri iştirak etdilər.

Tədbirdə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş etdirildi. Tədbir iştirakçıları bayramı yüksək sevinc hissi ilə qeyd etdilər. Bayramda müğənnilərin ifasında müxtəlif mahnılar səsləndi, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib bayram münasibətilə rayon sakinlərini təbrik edərək, ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzuladılar. Qədim ənənələrimizin canlandırıldığı şənlikdə bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə səslədilər.  

Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etdi.

Keçidlər