Binəqədi rayonunda ölkə başçısının imzaladığı fərman və sərəncamlar, keçirilmiş görüşlər və səfərlər mövzusunda məlumat saatı keçirildi
26 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Ölkə başçısının imzaladığı fərman və sərəncamlar, keçirilmiş görüşlər və səfərlər mövzusunda məlumat saatı keçirildi.
Tədbirdə RİH başçısının I müavini Hacıbaba Babayev, RİH başçısının müavini Sevinc Süleymanova və Aparatın məsul əməkdaşları iştirak etdilər.
RİH başçısının müavini H.Babayev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar 4264 saylı 13 yanvar 2024-cü il tarixli Sərəncamları xüsusi vurğulayaraq, keçiriləcək tədbirlərlə əlaqədar qarşıda duran görüləcək işlərdən danışdı.
Sonra çıxış edən Ərazi və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Ü.İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, fərman və sərəncamlarla təsdiq etdiyi dövlət proqramlarına, fəaliyyət və tədbirlər planlarına uyğun olaraq prioritet istiqamətlər kimi ölkəmizdə davamlı şəkildə aparılan sosial-iqtisadi islahatlar, həyata keçirilən infrastruktur layihələri çərçivəsində 2018-2024-cü illər ərzində görülən işlər barədə danışdı.
Daha sonra Ü.İsgəndərov bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2006-cı il tarixli 472 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, verilən tapşırıqların icrasına nəzarət mexanizmi gücləndirilməli, məsul şəxslərin koordinasiyalı fəaliyyəti davam etdirilməlidir.
Daha sonra, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılmış “Dövlət Nəzarəti İnformasiya Sistemi” üzərindən verilmiş tapşırıqların icra vəziyyəti barədə cari dövrə olan hesabata əsasən Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların, təsdiq edilmiş dövlət proqramlarının, milli fəaliyyət planlarının və digər tapşırıqların RİH başçısı Aparatında mövcud icra vəziyyəti, həmçinin, tapşırıqların icrası zamanı yaranmış problemlərin aradan qaldırılması ilə bağlı təkliflər müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, fərman və sərəncamlarla təsdiq etdiyi dövlət proqramlarına, fəaliyyət və tədbirlər planlarına uyğun olaraq görülmüş işlərin icra vəziyyəti barədə məlumatlar mütəmadi olaraq RİH başçısına təqdim edilir.