Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə iclas keçirildi

16 aprel 2024 | 19:37

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında iclas keçirildi. 

İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin əməkdaşları məsul əməkdaşları, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Bakı Tekstil Fabrikində fabrikin təsisçisi, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak etdilər.

İclas Binəqədi RİHB-nin birinci müavini Hacıbaba Babayev sədrliyi ilə keçirildi. O bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi, sahibkarların maraqlarının müdafiəsi, məlumatlılıq səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir. 

Digər çıxış edənlər də çıxışlarında sahibkarların hüquq və iqtisadi mənafelərinin müdafiə olunması, təşəbbüslərinin dəstəklənməsi, fəaliyyətlərinin əlaqələndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və digər istiqamətlərdə sahə və peşə assosasiyalarının yaradılmasının önəmi barədə danışdılar.

Sonda bir daha bildirdi ki, Rayon ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.

Görüşdə sahibkarı maraqlandıran məsələlər, həmçinin nəzərdə tutulan yeni layihələr müzakirə edildi.

Keçidlər