Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Qadın hüquqlarının müdafiəsi" adlı layihənin "Psixoloji mövqe" mövzusunda seminar keçirildi

24 yanvar 2023 | 15:19

24 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Qadın hüquqlarının müdafiəsi" adlı layihənin "Psixoloji mövqe" mövzusunda seminarı keçirildi.

Layihədə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixologiya üzrə fəlsəfə doktoru, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Paşayeva, Binəqədi Rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin direktoru Günel Həsənova iştirak etdilər.

Layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva qonaqları salamladıqdan sonra, layihə haqqında məlumat verdi.

Təranə Paşayeva çıxışında Erkən nikahdan, məişət zorakılığından, qadın-kişi münasibətlərindən, zorakılığın növləri, xüsusilə psixoloji zorakılığın səbəb və nəticələri haqqında danışdı.

Güclü qadın modelinin necə olması və zamanın tələblərinə ilə necə uyğunlaşa bilməsi barədə gənclərə məlumat verdi.

Daha sonra iştirakçıla tərəfindən ailədə qadın psixologiyası, erkən nikah, ailədə qadın zorakılığı və s. mövzularda suallar verildi.

Sonda xatirə şəkli çəkildi.

Keçidlər