Binəqədi rayonunda qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi istiqamətində əhali arasında mütəmadi təbliğat işləri aparılır
Ölkəmizdə aparılan islahatlar çərçivəsində növbəi addımlardan biri əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı olmuşdur.
Sərəncamda qeyd edilən tapşırıqların icrası istiqamətində Binəqədi rayonunda “İstehlak mallarına nəzarət komissiyası” tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə bilikdə ərazi üzrə mütəmadi monitorinqlər həyata keçirilir.
Növbəti dəfə əhali arasında ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullarla bağlı rayon əhalisi, eyni zamanda, sahibkarlar arasında təşviqat işləri aparılmışdır. Qida məhsullarının konservləşdirmə prosesinin düzgün aparılmaması nəticəsində qida zəhərlənmələrinə səbəb olması, odur ki, istehsal zamanı sanitar-gigiyenik qaydalara, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və s. tələblərə düzgün əməl edilməsinə nəzarət olunması barədə söhbətlər aparılmış, qida məhsullarından istifadə qaydaları ilə bağlı maarifləndirici bukletlər paylanmışdır.
Bu istiqamətdə tədbirlər mütəmadi davam etdirilir.