Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda sahibkarlarla görüş keçirildi

15 avqust 2022 | 18:24

12 avqust 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocəsən qəsəbəsində yerləşən "Camal" LTD şirkətinə məxsus ticarət markası olan “İCELAND” dondurma zavodunda və Biləcəri qəsəbəsində yerləşən meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-də görüş keçirilmişdir. Sahibkarla keçirilmiş görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin əməkdaşları, Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Ramiz Həsənzadə, Xocəsən qəsəbə bələdiyyəsinin sədri Nigar Məmmədova, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov və Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov iştirak etmişdir.

Görüşdə sahibkarı maraqlandıran məsələlər, həmçinin nəzərdə tutulan yeni layihələr müzakirə edilmişdir. Həmçinin, xüsusi qeyd edilmişdir ki, müəssisədə çalışan işçi heyətinin əksəriyyəti məhz Xocəsən və Biləcəri qəsəbələrində yaşayan sakinlərdir. Görüşün növbəti hissəsi işsizliyin aradan qaldırılması, xüsusilə qadınların cəmiyyətdə aktivliyinin artırılması mövzusunda müzakirə ilə davam etmişdir.

Keçidlər