Binəqədi rayonunda Seçki Məcəlləsinə uyğun olaraq RİH-nin məsul olduğu məsələlərlə bağlı məlumat saatı keçirildi
12 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Seçki Məcəlləsinə uyğun olaraq RİH-nin məsul olduğu məsələlərlə bağlı məlumat saatı keçirildi.
Tədbirdə RİH başçısının I müavini Hacıbaba Babayev və Aparatın məsul əməkdaşları iştirak etdilər.
Məlumat saatında çıxış edən Binəqədi RİH başçısının I müavini Hacıbaba Babayev Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən 7 fevral tarixində keçirilən Prezident seçkilərinə hazırlıqla bağlı yerli icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin rayonda uğurla yerinə yetirildiyini bildirildi. Natiq çıxışında qarşıda keçiriləcək Milli Məclis seçkiləri ilə əlaqədar bütün dairə seçki komissiyalarında və məntəqələrində seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə getdiyini, seçki məntəqələrinin yerləşdiyi binalarda təmir işlərinin aparıldığını, bütün məntəqələrin lazımi inventar və avadanlıqlarla təmin olunduğunu diqqətə çatdırdı.
Sonda seçkilərə hazırlıq prosesi ilə əlaqədar qarşıda duran məsələlər müzakirə olundu.