Binəqədi rayonunda səyyar görüşlərdə qaldırılan məsələlərin icra vəziyyəti diqqətdə saxlanılır
14 oktyabr 2022 | 19:55
06 oktyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu zamanı qəsəbə sakinlərinin Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin qarşısında yerləşən elektrik qovşağının yerinin dəyişdirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı müraciəti aidiyyəti üzrə "Azərişıq" ASC-yə göndərilən müraciətə əsasən öz müsbət həllini tapmışdır. Belə ki, elektrik qovşağının yeri dəyişdirilmiş, ətrafı isə metal torla bağlanmışdır.