Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirildi

08 may 2024 | 16:11

Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirildi.

Müşavirədə rayon icra hakimiyyəti və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak etdilər.

Tədbirdə rayonun ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verildi, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə olundu.

Müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar verdilər.

Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirildi.

Keçidlər